Bu ərazilərə qatar yolu çəkiləcək

“Bakı və ətraf ərazilərdə relsli nəqliyyatın payı əhəmiyyətli dərəcədə artacaq”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında deyib.
O bildirib ki, 2025-2030-cu il Dövlət Proqramına əsasən, Bakı şəhərinin və onun ətraf ərazilərinin nəqliyyat şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində Azərbaycan Dəmir Yolları bir neçə mühüm istiqamətdə layihələr həyata keçirəcək:
“Zabrat–Maştağa–Bağlar–Buzovna xətti, Bakıxanov–Suraxanı–Hövsan xətti, eləcə də Bakıxanov–Suraxanı–Binə–Qala istiqamətində mövcud dəmir yolunun təkmilləşdirilməsi yaxın illər ərzində icra olunacaq. Layihə çərçivəsində 20 yeni qatarın alınması planlaşdırılır və bu qatarlar həm Abşeron dairəvi xəttində, həm də qeyd olunan istiqamətlərdə sürətli sərnişin daşımalarını təmin edəcək”.
R.Ağamirzəyev qeyd edib ki, bu addım şəhərdə avtobus nəqliyyatına olan yükün azalmasına və relsli nəqliyyata keçidin sürətlənməsinə zəmin yaradacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












