Bu forumun Bəyannaməsi BMT və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlandı

Sentyabrın 21-də “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.
Avtosfer.az-ın məlumatına əsasən, bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.
Forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması Forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.
Forumun Bəyannaməsində iştirakçı dövlətlər beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini bildirərək, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və qlobal təhlükəsizliyə təhdid sayılan digər hallarla mübarizədə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, təcrübə və məlumat mübadilələrinin fasiləsiz, aktiv və operativ şəkildə aparılmasının və beynəlxalq təhlükəsizliyin etibarlı təmin olunması üçün davamlı olaraq birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan etmişlər.
Qeyd edək ki, forumda həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunmuş, forumun Bəyannaməsinin və Azərbaycan Prezidentinin müraciətinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında olmuşdur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












