Bu gün Vətən müharibəsi şəhidinin 23 yaşı tamam olur - FOTO

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin doğum günüdür.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Rəfibəyli Əbdülrza Şamməd oğlu 1998-ci il iyunun 2-də Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 49 ünvanında anadan olub.
O, 2004-2015-ci illərdə Bakı şəhəri Tahir İmanov adına 57 nömrəli tam orta məktəbi bitirib.
Məktəbi bitirdikdən sonra 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olan Ə.Rəfibəyli 2018-ci ilin yanvar ayında xidmətini başa vurub.
Ötən il Vətən müharibəsi başlayan zaman N saylı hərbi hissədə təlimlərə qatılıb. Təlimlərdən sonra ötən il sentyabrın 27-də Füzuli rayonu N saylı hərbi hissəsindən artilleriyaçı kimi Vətən müharibəsinə qoşulub.
Ə.Rəfibəyli Füzulinin, Xocavəndin azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. O, ötən il oktyabrın 23-də ildə Xocavənd yaxınlığında şəhidlik zirvəsinə ucalıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ə.Rəfibəyli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












