Bu hava limanı 56 gündən sonra uçuşları bərpa edib

Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində tamamilə bağlanan Muan Beynəlxalq Hava Limanı 56 gündən sonra təcili tibbi yardım və təhsil təlimləri üçün uçuşları bərpa edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilib ki, aviasiya rəhbərləri bazar günü axşam saat 9-dan başlayaraq xilasetmə, axtarış və tibbi təxliyə üçün hava limanının idarəetmə qülləsi tərəfindən təsdiqlənmiş uçuşlara icazə verib.
Hazırda orada 5 universitet və 3 özəl təşkilat 21 təyyarə ilə uçuş təlimi keçirir.
Qeyd edək ki, bu, son bir ayda Cənubi Koreyada təyyarələrlə bağlı 2-ci hadisədir. Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi zamanı uçuş zolağından çıxaraq beton hasara çırpılması nəticəsində təyyarə yanmış, nəticədə 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












