Bu il “Aqroservis” taxıl biçininə 700-dək kombayn çıxaracaq - FOTO
“Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinəstart verib. Görüşlərə Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Zərdab, Yevlax, Füzuli rayonlarından başlanıb. Görüşlərin məqsədi fermerlərin biçinə hazırlığını təmin etməkdir. Biçin zamanı yanğın təhlükəsizlik qaydalarına və növbəlilik sisteminə riayət edilməsi ilə bağlı kənd və qəsəbələrdə vətəndaşlarla görüş keçirilir və onlara zəruri məlumatlar verilir. İlk növbədə ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib.
Mayın sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb.
Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq. Biçinə və növbəlilik sisteminə nəzarəti Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) həyata keçirəcək.
Qeyd edək ki, ölkə üzrə biçinə ümumilikdə 2000-dək taxılbiçən kombayn cəlb olunacaq. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1284 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












