Bu nəqliyyat marşrutları Avrasiyanın nəqliyyat sektorunun investisiya cəlbediciliyini artırır

Avrasiya məkanında nəqliyyat və logistika sektoru yüksək investisiya cəlbediciliyini qoruyub saxlayır. Bu, xüsusilə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM və ya Orta Dəhliz) kimi beynəlxalq dəhlizlərin fəal inkişafı ilə bağlıdır.
Avtosfer.az bu barədə Avrasiya İnkişaf Bankının hesabatına istinadən xəbər verir.
“Son illərin əsas tendensiyalarından biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBNM) və ‘Şimal–Cənub’ beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinin artmasıdır. 2024-cü ildə TXBNM üzrə yükaşırmalar 3,3 milyon tona çatıb, bunun 56,5 min 20-futluq konteyner ekvivalenti (TEU) təşkil edib. “Şimal–Cənub” dəhlizi üzrə daşımalar 20 milyon tonu keçib, o cümlədən 50 min TEU. 2030-cu il üçün hədəf proqnoz TXBNM üçün 11,4 milyon ton, “Şimal–Cənub” üzrə isə 32 milyon ton təşkil edir. Daşımaların artması dəmir yolu, avtomobil yolu, liman və logistika infrastrukturlarının, o cümlədən anbar sahələrinin, habelə effektiv multimodal tranzit üçün rəqəmsal həllərin inkişafını stimullaşdırır. Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasının inkişafı üçün ümumi investisiya tələbatı 2035-ci ilədək 52 milyard dollardan çoxdur”, – hesabatda qeyd olunur.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir. Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












