Bu, o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq - ŞƏRH

Xəbərlər 10 Mart 2025 09:41 Oxunub 216
Bu, o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq - ŞƏRH
WhatsApp kanalımıza ab|

“Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı  iki strateji müttəfiq  və qardaş ölkə arasında münasibətlərin  daha da dərinləşməsinə deyil, eyni zamanda regional sülhün, sabitliyin, təhlükəsizliyin qorunmasına və sıx əməkdaşlığa xidmət edir. İki qardaş ölkə arasında çoxsaylı transmilli enerji, nəqliyyat, tranzit-yükdaşıma və kommunikasiya layihələrin icrası nəticəsində Avrasiya coğrafiyasında ciddi bir əməkdaşlıq formatı yaradılmaqdadır”.

Bunu VI çağırış Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, yürüdülən məqsədyönlü və konkret uzaqgörən hədəflərə xidmət edən siyasətin nəticəsidir ki, hər iki qardaş ölkə mövcud mürəkkəb geosiyasi proseslərin getdiyi bir zamanda  etibarlı bir logistik mərkəzə çevriliblər. “Avrasiya coğrafiyasının yeni logistik xəritəsini məhz Azərbaycanla Türkiyə müəyyən etməkdədir. Nəticədə Azərbaycanla Türkiyə Avrasiya və Afrika coğrafiyasında bir əməkdaşlıq körpüsünə və transkontinental xaba çevrilib”, - o qeyd edib.

Yusifov əlavə edib ki, Bakı ilə Ankaranın əlaqələri mövcud geosiyasi  proseslər fonunda getdikcə artmaqdadır: “Yaranmış fürsətdən  milli maraqları naminə faydalanan Azərbaycanla Türkiyə qarşılarındakı çağırışlara və hədəflərə nail olmaq üçün birgə fəaliyyətlərini daha da inkişaf etdiməklə iki ölkənin inkişafına, təhlükəsizliyinə və əhalisinin rifah halının yaxşılamasına çalışırlar. Elə martın 5-də sonuncu İğdır-Naxçıvan qaz kəmərinin açılışı da bu məqsədə xidmət edir. Bu qaz kəmərinin açılışı Azərbaycanın, xüsusən də Naxçıvanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması ilə yanaşı, çox ciddi gələcək hədəflərə xidmət edir.  İğdır-Naxçıvan qaz kəmərinin açılışı “Bir millət, iki dövlət” şüarı altında fəaliyyət göstərən qardaş ölkənin həm də dünyaya bir mesajı idi. Mesaj isə belə oxumaq lazımdır: Azərbaycanla Türkiyə bölgədə dayanıqlı sülh, sabitlik, insanların rifahına xidmət edən sıx inteqrasiya olunmuş əməkdaşlıq.

Bu mesajı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə beynəlxalq aləmə çatdıraraq bildirib ki, biz bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. “Bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - Ərdoğan bildirib.

Bu, eyni zamanda iki qardaş ölkənin gələcəkdə də birgə əməkdaşlığının nümayişi idi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Ən çətin günlərimizdə Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an onların yanlarında olacağıq. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənəcəyinə inanıram”, - fikri bunun bariz nümunəsidir. 

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvanın qədim Azərbaycan torpağı olması, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi nəticəsində  Naxşıvanın Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının kəsilməsi barədə verdiyi mesajın arxasında isə gələcəkdə Zəngəzur dəhlizinin açılmasına dair bir mesaj kimi oxumaq lazımdır. Prezident İlham Əliyev Naxçıvanla  birbaşa quru əlaqəsinin olmamasını ədalətsizlik hesab edərək, bunun bu bölgədə yaşayan insanlarımızın həyatına çox mənfi təsir etdiyini dilə gətirdi. Ermənistanla imzalanması nəzərdə tutulan sülh sazişində bu ədalətsizlik aradan qaldırılıb Azərbaycanla birbaşa quru əlaqəsi olmayınca imzalanacaq sülhü ədalətli hesab etmək olmaz. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq da. Bakı ilə Anakara arasında birgə sıx əməkdaşlığın nəticəsi olaraq tezliklə Zəngəzur dəhlizi açılacaq. Bunun başqa alternativi yoxdur. Bunun üçün artıq geosiyasi zəmin də yaranmaqdadır. Bunu Ermənistan tərəfi zamanında dərk etsə daha yaxşı olar. Digər tərəfdən onların geosiyasi vəziyyət Ermənistanı Zəngəzur dəhlizinin Bakının şərtləri daxilində açmaqdan başqa yolu qalmayacaq.  Gedən proseslər  Zəngəzur dəhlizinin açılmasını geriyədönməz prosesə çevirir. Çıxılmaz vəziyyətə düşən  Ermənistan isə dəhlizi açmaqdan başqa alternativi olmayacaq”. (Olke.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh