Bu ödənişlər yalnız nağdsız olacaq

“İcra haqqında” Qanuna dəyişiklik təklif olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, icra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir.
Digər dəyişikliyə əsasən icra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edəcək. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək.
İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










