Bu ölkədə 16 yaşından kiçik uşaqlara sosial media hesabları qadağan edilir

Malayziyanın kommunikasiya naziri Fəhmi Fadzil gələn ildən etibarən 16 yaşından kiçik uşaqların sosial media hesabları yaratmasının qadağan ediləcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Malayziya mediasının məlumatına görə, nazir Fəhmi, hökumətin uşaqların onlayn təhlükəsizliyini yeni yoxlama qaydaları ilə gücləndirmək səyləri çərçivəsində 2026-cı ildən etibarən 16 yaşından kiçik uşaqların sosial media hesablarının açılmasının qadağan ediləcəyini bildirib.
Fəhmi, Avstraliyanın sosial media istifadəçiləri üçün yaş məhdudiyyətinin Malayziyanın praktikasına işıq sala biləcək dərsləri ehtiva etdiyini söylədi.
Fəhmi, 16 yaşından kiçik uşaqlara qoyulan qadağanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək “Onlayn Təhlükəsizlik Qanunu” çərçivəsində qorunma ilə uyğun olduğuna diqqət çəkərək, valideynlərə çağırış edib.
Fəhmi bütün platformalardan istifadəçi hesabları yaradarkən yaşın yoxlanılmasının tələb olunacağını və bu yoxlamanın rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlar vasitəsilə həyata keçirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Avstraliyada yeni qanunvericiliyə əsasən, “Facebook”, “TikTok”, “Snapchat”, “Reddit”, “Instagram” və X daxil olmaqla qlobal sosial media platformaları dekabrın 10-dan etibarən qanuna əməl etməsələr, təxminən 33 milyon dollar cərimə ilə üzləşəcəklər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












