Bu ölkədə sürücülər marixuana çəkə bilər

Dünyanın əksər ölkələrində narkotik vasitələrə qarşı mübarizə aparıldığı halda, bəzi Avropa ölkələrində narkotik vasitələr leqallaşdırılır. Əlbəttə ki, bu, stimullaşdırma deyil, sırf tibbi kömək xarakteri daşıyır.
Avtosfer.az xəbər verir ki, Almaniyada 2024-cü ilin yayından etibarən marixuanadan tibbi məqsədlə istifadəyə icazə verilir. Hətta marixuana çəkərən maşın da sürmək mümkündür. Bu şərtlə ki, narkotik tərkibli maddənin qanda miqdarı 3,5 nanoqramı keçməsin. Bir daha xatırlatmaq yerinə düşər ki, söhbət yalnız marixuanadan gedir, patıdan deyil.
Həkimlər bildirirlər ki, bu doza sürücünün ətraf mühitə reaksiyasını pisləşdirmir. Lakin bu heç də kiminsə sükan arxasında marixuana çəkməsinə əsas vermir. Marixuana istifadə edən sürücü azı 5 saat gözləməlidir ki, qanda səviyyə qaydasına endin. Aludəçilər isə normaya çatmaz üçün azı 3 gün gözlləməlidirlər.
Qaydanı pozan şəxsi 500 avro cərimə və sürücülük vəsiqəsinin 1 illik məhdudlaşdırılması gözləyir. Halbuki alkoqolun təsiri altında olan sürücü azı 1000 avro cərimə edilir.
Digər narkotik vasitələrdən istifadə qadağandır, cəzası daha ciddidir.
Lakin heç də bütün sürücülər marixuana çəkə bilməz. Avtobus, taksi və yük avtomobili sürücüləri üçün sıfır dözümlülük siyasəti tətbiq edilir. Həm də, marixuanadan istifadəyə icazə sırf Almaniya vətəndaşları üçündür. Başqa sözlə, bir azərbaycanlı sürücü qanında hətta yolverilən dozadan aşağı narkotiklə tutulsa həm cərimə, həm də deportasiya ediləcək.
Vüqar Yaşaroğlu
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT












