Bu qanuna dəyişiklik olunur

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, mövcud qanunvericiliyə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.
Lakin Ailə Məcəlləsində, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Prezidentin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir anlayışdan istifadə olunur.
Bu xüsusda, təklif olunan dəyişikliklərə əsasən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı ismin müvafiq hallarında “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












