Bu rayonlara dolu düşdü

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Avtosfer.az xəbər verir ki, düşən yağıntının miqdarı Qubada 17, Ağdamda 16, Xınalıqda 15, İsmayıllı, Naxçıvan, Xaltan və Şahdağda 14, Göyçayda 12, Culfa, Şabran, Şahbuz, Qəbələ və Şabranda 10, Şamaxıda 6, Xaçmaz, Bərdə, Tərtər, Zərdab, Altıağac, Astara, Naftalan, Qusar, Oğuz, Yardımlı, Gədəbəy, Mingəçevir, Kürdəmir, Lerik, Şərur, Goranboy, Yevlax, Beyləqan, Göygöl, Gəncə, Şəki, Ordubad, Daşkəsən, Biləsuvar, Lənkəran, Şəmkir, Zaqatala, Ceyrançöl, Cəlilabad, Qobustan və Neftçalada 5 mm-dir.
Mayın 3-ü saat 23:25 radələrində Şahbuza diametri 5 mm, mayın 4-ü saat 00:10 radələrində isə Naxçıvana diametri 21 mm olan dolu düşüb.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Altıağac və Neftçalada 20, Culfada 19, Gəncədə 18 m/s-dək güclənir.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qrız, Şəki, Qəbələ, Qusar, Qobustan, Göyçay, Zərdab, Şərur, Qax və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












