Bu şəxslər ölkəyə buraxılmayacaqlar: Qaydalar sərtləşdirildi

Gürcüstanın Miqrasiya Departamentinə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə qəbul edilmədən sığınacaqla bağlı müraciətlərinə baxılması səlahiyyəti verilib. Avtosfer.az "publika.az"a istinadən xəbər verir ki, ölkənin daxili işlər nazirinin əmrinə əsasən, təhlükəsizlik xidmətləri tərəfindən milli təhlükəsizliyə, onun ərazi bütövlüyünə və ya ictimai təhlükəsizliyə təhdid kimi qiymətləndirilən və ya bu səbəbdən Gürcüstandan deportasiya edilmiş şəxslərin sığınacaq üçün müraciətlərinə birbaşa sərhəddə baxılacaq. Belə hallarda əcnəbilər sığınacaq istəsələr də, ölkəyə buraxılmayacaqlar və onların müraciətinə birbaşa sərhəddə baxılacaq. Bu halda, Miqrasiya Departamenti yeddi gün ərzində əcnəbinin sığınacaq ərizəsini qəbul etmək, onlara sığınacaq vermək və ya rədd etmək barədə qərar verəcək. Ərizə təsdiq olunarsa, əcnəbi ölkəyə 30 gün qalmaq imkanı verən qısamüddətli viza ilə qəbul ediləcək. Sərhəddə olarkən və qərar gözləyərkən sığınacaq axtaranlar yaşayış yeri ilə təmin olunacaqlar.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












