Bu şəxslərə vergi güzəştləri ediləcək

Bu gündən tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə vergi güzəştləri veriləcək.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu şəxslərə ƏDV güzəştləri tətbiq ediləcək. Başqa sözlə, tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə ilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə edilməlidir.
Qeyd edilib ki, səhiyyə sahəsi üzrə kölgə iqtisadiyyatının mövcudluğunu şərtləndirən əsas amillərdən biri tibbi xidmətlərə görə ödənişin nağd şəkildə əldə edilməsidir. Bu isə eyni zamanda dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarır.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












