Bu şəxslərin maaşında yüksək artım olacaq

2023-cü ildə müzakirə etdiyimiz məsələlərdən biri də sertifikasiyada yüksək maaş mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıldı, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi olaraq təkliflərimizi təqdim etdik.
Avtosfer.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.
Bayramovun sözlərinə görə, bu il də təhsilə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınıb: "Daha çox vəsaitin təhsilə yönəldilməsi sertifikasiyada qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinə imkan yaradıb. Buna görə də bu istiqamətdə müzakirələr, eyni zamanda rəsmi səviyyədə mexanizmlərin hazırlanmasıyla bağlı yeni təkliflərin təqdimatı gündəmdə qalacaq. Çalışacağıq ki, 2024-cü ildə də bu istiqamətdə müzakirələrin genişləndirilməsi bütövlükdə yeni və təkmil mexanizmin yaradılmasına imkan yaratsın. Söhbət təbii ki, 50 və daha yüksək bal toplamış müəllimlərimizin maaş artımlarından, 48-dən çox bal toplamış müəllimlərimiz üçün isə 35%-lik artımın tətbiq edilməsindən gedir. Eyni zamanda 30-dan yüksək bal toplamış müəllimlərimiz üçün də yeni mexanizmin tətbiqi məqsədəuyğundur. Müsahibə mərhələsində nəticələrin nəzərə alınması da olduqca vacibdir". (milli.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












