Bu şirkətin yüzlərlə əməkdaşı pul çatışmazlığına görə işlərini itirəcək

“Amazon”a məxsus canlı yayım xidməti “Twitch” itkiləri azaltmaq üçün işçilərinin 35 faizini ixtisar edəcək.
Avtosfer.az xəbər verir ki, şirkətin 500-ə yaxın əməkdaşı işini itirəcək.
Buna səbəb “Twitch”in artan itkiləri, həmçinin son aylarda bir neçə top-menecerin şirkətdən getməsidir.
Şirkətin əsas xərci məzmun üçün bulud yaddaşının icarəsidir. Belə ki, xidmət hər ay 1,8 milyard saat video yaradır. Hətta “Twitch”in dünyanın ən böyük bulud serverləri provayderi olan “Amazon”un infrastrukturundan istifadə etməsi də vəziyyətə kömək etmir.
Şirkət son vaxtlar reklama çox diqqət yetirməsinə baxmayaraq, “Amazon”un qanadı altında mövcud olduğu 9 il ərzində qazanc əldə edə bilməyib.
Qeyd edək ki, “Twitch”in mətbuat xidməti qarşıdan gələn geniş miqyaslı ixtisarlarla bağlı məlumatları şərh etməyib.
Məhəbbət Tərlanoğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












