Bu sistem Azərbaycan gömrüyündə tətbiq ediləcək

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Yük Hədəfləmə Sisteminin (YHS) tətbiqi ilə bağlı videokonfrans formatında 5 günlük təlim keçirilib.
Bu barədə Avtosfer.az Gömrük Komitəsinə istinadən xəbər verir.
Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında 27 aprel 2020-ci il tarixində Yük Hədəfləmə Sisteminin proqram təminatının tətbiq edilməsi üzrə müqavilə imzalanıb.
YHS yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan yaratmaqla risklərin qiymətləndirilməsi və idarəedilməsi üçün hazırlanmış bir proqramdır. Bu sistem, yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük sərhəd- buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır.
Təlimdə DGK-nın strukturuna daxil olan müvafiq qurumların əməkdaşları iştirak edib. Onlar risklərin idarə edilməsi məqsədilə YHS proqramının funksiyaları, imkanlarını öyrənib, məlumatları təhlil etmək və riskləri qiymətləndirmək bacarıqlarına yiyələniblər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












