Bu taksi şirkəti müştərilərinin məlumatlarını Rusiya kəşfiyyatına ötürür

“Yandex”in “Yandeks Go” və “Yango” taksi xidmətlərinin data mərkəzləri Rusiyaya ötürülüb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Meduza” saytı məlumat yayıb.
Qeyd olunur ki, "Yandex"in taksi xidmətləri hətta müharibə başlayandan sonra da dünyanın 20-dən çox ölkəsində, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail, Belarus, Norveç və Litvada fəaliyyət göstərir. Tezliklə müştəri məlumatlarının Federal Təhlükəsizlik Xidmətinin əlinə keçəcəyi qeyd olunur.
Rusiyada FTX-yə taksi şirkətlərinin məlumat bazalarına gecə-gündüz giriş imkanı verən yeni qanun qəbul olunub. Sənəd sentyabrın 1-dən qüvvəyə minəcək, indiyədək reyestrə yalnız "Yandex Go" daxil edilib.
Qeyd olunur ki, "Yandex"-in xaricdə fəaliyyət göstərən xidmətlərin məlumatları Rusiyada saxlanılır Onlardan üçü Moskva, Ryazan və Vladimir vilayətlərində yerləşir, daha biri isə Kaluqada tikilir. Müharibə başlamazdan əvvəl məlumatlar Finlandiyanın Mantsala şəhərində də saxlanılırdı.
Artıq FTX bundan sonra bütün avtomobillərin ünvanını və gəliş vaxtı daxil olmaqla sifariş jurnallarına nəzarət edə biləcək. Aqreqatorlar bu məlumatı altı ay saxlayacaqlar.
Finlandiya hökuməti bu səbəbdən ölkədəki "Yandex" xidmətinin Rusiyaya məlumat ötürməsini qadağan edib.
Qeyd edək ki, Azərbaycan da "Yango" taksi xidməti fəaliyyət göstərir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












