Bulvarda skuterlər üçün ayrıca zolaqlar olmalıdır - PROBLEM

Dənizkənarı Bulvar ərazisində sürətli skuter sürənlərlə tez-tez rastlaşırıq. Bulvara istirahət etmək üçün gələn şəxslər bu cür hallardan narazıdırlar. Onlar bunun istirahət ərzisində rahat gəzə bilmədiklərini, uşaqlar üçün təhlükəli olduğunu iddia edirlər.
Bəs, təhlükəsizlik ekspertləri mövzu ilə bağlı nə düşünür?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev fikirlərini Modern.az-la bölüşüb.
Ekspert deyir ki, Bulvar ərazisində, parklarda insanların rahat, sağlam istirahət etmək hüquqları var:
“Gəzinti zamanı insanların həyat və sağlamlıq üçün hər hansı təhlükə riski olmalı deyil. İstirahət mərkəzlərində göstərilən xidmət növləri elə təşkil olunmalıdır ki, digər insanların həyatı və sağlamlığı üçün təhlükə yaratmasınlar. Skuterdən istifadə üçün ayrıca yollar olmalıdır. İnsanların içində təhlükəli manevr etməklə öz həyatlarını da təhlükəyə atırlar. Skuterlərin sürəti saatda 30-40 kilometrə kimi artır. O sürətlə kiməsə dəyərsə və ya aşarsa həm özü həm qarşı tərəf ciddi xəsarət ala bilər. Skuterlərin hərəkəti ilə bağlı ümumi bir təhlükəsizlik yaradılmalıdır”.
E.Nurəliyev vurğulayıb ki, bəzən valideynlər yüksək sürətli skuterdən istifadə zamanı övladlarını da qucaqlarına alırlar:
“Bunu etməklə təhlükəni iki qat artırırlar. Baş verəcək bədbəxt hadisədə o uşaq yaralana, travma ala bilər. Skuter üçün ayrıca hərəkət zolaqları olmalıdır. O zolaqlarla bərabər sürət həddi, məlumatlandırıcı lövhələr quraşdırılmalıdır”.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO











