"Bütün körpülər artıq müayinə olunmalıdır" - Ekspert

Sentyabrın 15-də Xaçmaz şəhərində 1974-cü ildə inşa olunan avtomobil körpüsünün bir hissəsi çökdü, üç nəfər xəsarət də aldı.
Dünən, sentyabrın 18-də də Astara rayonunda iki, Zaqatala rayonunda isə bir avtomobil körpüsündə problemlər yaranıb. Hər iki rayonda güclü yağış nəticəsində yaranmış selin körpülərə ciddi ziyan vurduğu bildirilir.
Azərbaycanda zaman-zaman bu və ya digər körpülərin inşasına, təmirinə dövlət büdcəsindən vəsaitin ayrıldığı deyilir. Rəsmi məlumata görə, 2022-ci ildə respublikanın ümumi istifadədə olan avtomobil yollarında dörd körpü təmir edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Turana bildirilib ki, ölkədə vaxtlı-vaxtında avtomobil körpülərinin təmiri beynəlxalq standartlara uyğun həyata keçirilir.
Qeyd olunub ki, son günlər baş verən hadisələr sel nəticəsində yaranıb: "Hər il belə hadisələr olur. Heç kəs bundan sığortalanmayıb. Başqa ölkələrdə də belə hadisələr tez-tez olur".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə AzadlıqRadiosuna bildirib ki, son vaxtlar yollarda texniki qurğular açıqlandığı müddətdən az istifadə edilir: "Yollar çəkilir, istismar müddəti 30 il yazılır, amma üç ildən sonra görürsən ki, dağılır. Məsələn, Bakı-Quba yolu tikildi, üç il sonra dağıldı və 10 il sonra bu yola yeni xərclər çəkiblər. Yollarda vəziyyət budursa, yəqin, yol qurğularında da bu cür halları müşahidə edə bilirik".
Ekspertin fikrincə, aidiyyəti qurumlar bu məsələyə çox diqqətlə yanaşmalıdırlar: "Bütün körpülər bu hadisələrdən sonra artıq müayinə olunmalıdır. Xüsusən bölgələrdə. Bakıda, sıx olan yerlərdə rəhbərlik görəcək deyə, dərhal tədbir görürlər, bölgələrdə isə, bəlkə də, 50-60 ildir istismar olunan körpülər var və onların istismarı indi təhlükəlidir. Gözləməsinlər ki, faciə baş versin, hansısa körpü sel-daşqına məruz qalsın, uçsun. Bir var ki, körpüyə vaxtında xərc çəkilsin, bərkidilsin, bir də var ki, körpü uçsun və onun təzədən tikilməsi üçün xeyli vəsait xərclənsin".
E.Muradlı düşünür ki, məsələ ilə bağlı qaynar xətt yaradıla bilər: "Körpü vəziyyətini yerli əhali daha yaxşı bilir. Qaynar xətt yaradıla bilər ki, aidiyyəti qurumlar məlumat alsınlar, gedib yerində araşdırma aparsınlar".
Onun sözlərinə görə, digər tərəfdən, təbii fəlakət elədir ki, körpünü vurub dağıda bilər: "Bu, təkcə Azərbaycanda olan proses deyil. Sadəcə həmin körpüləri vaxtlı-vaxtında müayinə etmək, qüsurları aradan qaldırmaq lazımdır. Bu son günlərdə baş verənlər bir siqnaldır".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












