Cəlilabadda narkokuryerlər saxlanılıb - FOTO

Cəlilabadda saxlanılan narkokuryerlərdən 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Onlar həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı alıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar.
Cəlilabad şəhəri ərazisində saxlanılan həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Foto
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













