Cəlilabadda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb

Cəlilabadda qoyun oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərindəki 6 təsərrüfatdan ümumilikdə 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb.
Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Elgün Şahmarov, Bəhruz Əlizadə və bir nəfər yeniyetmə olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə,Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə dövlət qurumlarından birinin balansında olan ümumi dəyəri 1690 manat olan 13 ədəd quyu qapağını oğurlamaqda şübhəli bilinən rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Ehtibar Quliyev, Rahim Verdiyev müəyyən edilərək maddi sübutlarla birlikdə saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












