Cəlilabadda sərxoş vəziyyətdə mağaza yandıran qohumlar saxlanılıb - FOTO

Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşən ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmraslanov və onun yeniyetmə qohumu müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar.
Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













