Cəmil Quliyevə daha bir vəzifə verildi

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib.
2006-2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə "Mədəniyyət" kanalına, 2013-2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə rəhbərlik edib. O, eyni zamanda bir müddət Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi işləyib. 2018-2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olub. 2019-2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2018-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












