Cənubi Qafqazın iki ərazisinə ilk dəfə xüsusi qoruq statusu verildi

UNESCO-nun qərarı ilə Gürcüstanın Kaxeti bölgəsində yerləşən iki – Dedoplistskaro və Üç Alazani qorunan ərazilərinə biosfer qoruq statusu təqdim edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Təşkilatın “İnsan və biosfer” proqramı Beynəlxalq Əlaqələndirmə Şurasının Parisdə keçirilən 34-cü sessiyasında qəbul olunan qərarla həmin ərazilər Biosfer Qoruqlarının Dünya Şəbəkəsinə daxil edilib. Nazirlikdən qeyd olunub ki, bu günədək Cənubi Qafqazda heç bir ərazi biosfer qoruq statusuna malik olmayıb. Dedoplistskaro və Üç Alazani biosfer qoruqları regionda ilk presedentlərdir. Gürcüstanda biosfer qoruğun yaradılması və inkişafı potensialı 2015-ci ildən araşdırılır. Bu cür qoruğun yaradılması üçün Kaxeti bölgəsinə üstünlük verilib. Qeyd edək ki, biosfer qoruqlar bioloji müxtəlifliyin qorunması və təbiətdən davamlı istifadə maraqları naminə insan və təbiətin harmonik qarşılıqlı əlaqəsini təşviq etmək üçün nəzərdə tutulub.(Report)
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











