Çexiya Amerikanın F-35A qırıcılarını ucuz qiymətə ala biləcək

Çexiya ABŞ-dən 24 ədəd səsdən sürətli 5-ci nəsil “Lockheed Martin F-35A Lightning II” qırıcısı alarsa, onlar üçün ilkin təxmin edilən 122 milyard kron (5 milyard avro) dəyərindən təxminən 10 % az ödəyə biləcək.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Yaroslav Miku deyib.
Qırıcı təyyarələrin alınmasına dair müqavilənin təfərrüatları ilə bağlı danışıqlar hələ yekunlaşmayıb. Onun dəqiq qiyməti danışıqlar tamamlandıqdan sonra bəlli olacaq. Mərkəzi Avropa ölkəsi üçün ilk təyyarələr 2029-cu ildə istehsal olunacaq və onların hamısı 2031-ci ildə Çexiyaya çatmalıdır. F-35A “hava-hava” və “hava-yer” raketləri də daxil olmaqla silahlarla tam təchiz olunacaq.
Qırıcılara qulluq edəcək Çexiya uçuş və yer heyətinin hazırlığına 2029-cu ildə başlanacağı gözlənilir. Bu, KİV-in qeyd etdiyi kimi, Amerika tərəfinin hesabına həyata keçirilməlidir ki, bu da istismarın ilk illərində təyyarənin təmiri xərclərini öz üzərinə götürəcək.
Çexiya Hərbi Hava Qüvvələri hazırda İsveçdən icarəyə götürülmüş 14 ədəd səsdən sürətli 4-cü nəsil “Jas 39 Gripen” qırıcılarından istifadə edir. Onlar istismar müddəti 2070-ci ilə qədər müəyyən edilən F-35A ilə əvəz edilməlidir.
Report
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










