Çin bu ölkənin mallarına 100 faizlik rüsum tətbiq edəcək

Çin Kanadadan idxal olunan bəzi mallara əlavə gömrük rüsumları tətbiq edəcək.
Avtosfer.az xəbər verir ki, Kommersiya Nazirliyi martın 20-dən başlayaraq Kanadadan idxal olunan kanola yağına, jmıxa və noxuda əlavə 100 faiz, dəniz məhsullarına və donuz ətinə isə əlavə 25 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb.
Bu qərar Çinin ayrı-seçkiliyə qarşı apardığı bir araşdırmadan sonra qəbul edilib. Rəsmi Pekin iddia edir ki, Kanadanın bəzi Çin mallarına qarşı məhdudlaşdırıcı tədbirləri normal ticarət qaydalarını pozur və Çin müəssisələrinin hüquq və maraqlarına zərər verir.
Qeyd edək ki, Kanadanın Çin elektromobillərinə 100 faiz, aliminium və polad məhsullarına 25 faiz idxal rüsumu tətbiq etməsini Pekində Çin şirkətlərinin maraqlarnın tapdanması və ticarət qaydalarının pozulması kimi qəbul edirlər.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











