Çində cari ildə yanacağın qiyməti 11-ci dəfə bahalaşıb

Dünya bazarında xam neftin qiymətinin yüksəlməsi fonunda Çində yanacağın topdan və pərakəndə satış qiymətləri bahalaşıb.
Avtosfer.az xəbər verir ki, iyunun 15-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 390 yuan (57,8 ABŞ dolları) və 375 yuan (55,57 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Bu, Çində cari ildə yanacağın 11-ci qiymət artımıdır. Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük yanacaq istehlakçısıdır.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
AZƏRTAC
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












