Çindən Azərbaycana göndərilən blok-qatarların sayı 600-ə çatdırılacaq - FOTO

Martın 4-də “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən tədbirləri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüş olub.
Görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin qurulması üçün zəruri tədbirlər və beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” LTD Birgə Müəssisəsinin fəaliyyətinin təşkili barədə müzakirələr aparılıb.
Orta Dəhlizin əsas tranzit ölkələrinin dəmir yolu ilə yükdaşımalarda əməkdaşlığının regional əhəmiyyəti, illik yük ötürmə gücü 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars dəmiryol xəttinin Şərq-Qərb istiqamətində yük nəqlinə mühüm töhfəsi vurğulanıb.
Tərəflər ötən ilin mart ayında Çinin Sian şəhərində istifadəyə verilmiş Qazaxıstanın nəqliyyat-logistika mərkəzindən ilk konteyner blok-qatarının göndərilməsini sözügedən əməkdaşlığın uğuru kimi qeyd ediblər.
2024-cü ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilmiş 287 blok-qatarın qəbul edildiyi, bu il həmin rəqəmin 600-ə çatdırılması üçün işlərin görüldüyü bildirilib.
Həmçinin TBNM ilə yüklərin axınının sürətləndirilməsi üçün birgə səylərin əhəmiyyəti, bu əməkdaşlığın Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutunu qlobal müstəvidə yeni səviyyəyə qaldıra biləcəyi xüsusi vurğulanıb.
Tərəflər Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün dəmiryol administrasiyaları arasında müştərək fəaliyyət istiqamətlərinin şaxələndirilməsi nəticəsində yükdaşıma həcminin artırıla biləcəyini qeyd ediblər.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












