Çindən yola salınan ilin ilk konteyner blok qatarı Azərbaycana çatıb
Xəbərlər
11 Yanvar 2024 12:38

Çinin Sian şəhərindən çıxan blok qatarı artıq Bakı limanındadır.
Bu barədə Avtosfer.az-a “ADY Konteyner” MMC-dən məlumat verilib.
Konteynerlər çox qısa müddətə, cəmi 11 günə Azərbaycana çatdırılıb. Yüklər Qazaxıstanın Aktau limanından Ələt limanına Qazaxıstanın “Berkut” fider gəmisi vasitəsilə gətirilib.
Qatar 55 konteynerdən ibarətdir. Hər biri 40 futluq olan konteynerlərdə ölkəmizə elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb.
Konteynerlər Abşeron Logistika Mərkəzində sifarişçilərə təhvil veriləcək.
Yaxın günlərdə Siandan Bakıya daha bir konteyner blok qatarı yola salınacaq.
“ADY Konteyner” MMC konteyner blok qatarlarının təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı davam etdirir.
Oxunub : 1050
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ












