Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu

Çinin Şençjen limanında Yantyan terminalının qismən bağlanması bütün dünya konteyner ticarətini təhlükəyə atıb.
Bunun nəticələri mart ayında “Ever Given” gəmisi tərəfindən Süveyş Kanalının bağlanmasından sonra meydana gələnlərdən daha ciddi olacaq.
“Kommersant”ın məlumatına görə, bu barədə mütəxəssislər bildiriblər.
Bağlanmanın səbəbi limanın yerləşdiyi Guandun əyalətində koronavirusun yayılması olub. Çətinliklər yalnız Yantyanda deyil, eyni zamanda onun yaxınlığında yerləşən dünyanın üçüncü böyük limanı Şekou terminalında (Şençjen), həmçinin dünyanın beşinci böyük limanı Nanşa terminalında (Guançjou) yaranıb.
Şenjen limanının xaricində və limanın özündə çox miqdarda yükün yığıldığı bildirilir. Onların bəziləri Nanşu, Şekou və Honkonqa yönəldilib, lakin artıq bu da kifayət etmir.
Mütəxəssislərin fikrincə, vəziyyət yayın sonuna və ya payızın əvvəlinə qədər sabitləşəcək, lakin gecikmələr daha iki-üç rüb hiss olunacaq.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












