COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar görüş keçirilib - FOTO

Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-la bağlı bu ilin dekabrın 15-də keçirilən müşavirədən irəli gələn məsələlərlə bağlı İqtisadiyyat Nazirliyinin videokonfrans formatında görüşü keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və Nazirliyin struktur bölmələrinin rəhbərləri iştirak edib.
Tədbirdə SOCAR tərəfindən COP-la bağlı nümunəvi beynəlxalq təcrübəyə dair təqdimat nümayiş olunub, COP-un ev sahibi ölkələrə iqlim hədəfləri ilə bağlı verdiyi üstünlük, COP28-in fokus sahələri, dekarbonizasiya gözləntiləri barədə məlumat verilib.
Qeyd olunub ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın COP28-də metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür.
Qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












