Çörək, ictimai nəqliyyat və taksinin qiyməti artdı - Türkiyədə

Türkiyənin Kırşehir şəhərində çörəyin qiyməti 6 Türkiyə lirəsi (TL) olub.
4,50 lirəyə satılan 200 qram çörəyin qiyməti Çörəkçilər Palatasının tələbindən sonra 6 Türkiyə lirəsi olaraq təsdiqlənib.
Çörəkçilər xərclərin artması ilə bağlı etirazlarını bildiriblər və bundan sonra Regional Ticarət İdarəsi ilə birlikdə yeni qiymət tarifləri təyin olunub.
Tarifə görə, 400 qramlıq çörək növlərinin qiyməti isə 12 TL olub. Həmçinin, 400 qram tam buğda, çovdar və qarğıdalı çörəyinin qiyməti 18 TL təyin olunub.
Çörəklə yanaşı, İstanbulda bu gündən etibarən ictimai nəqliyyat tarifləri 51,52% bahalaşıb.
Həmçinin, taksi qiymətləri də qalxıb. Gəzintinin qiyməti 51,52%, minmə və düşmə haqqı (Türkiyədə indi-bindi deyirlər – red.) isə 75% artıb.
Beləliklə də, ictimai nəqliyyatda gediş haqqı artıq 15 TL olacaq. Taksi qiymətləri isə 70 lirədən başlayacaq. (oxu.az)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










