COVID-dən ilkin məlumat yayan jurnalist növbəti dəfə həbs olunub

Çində pandemiyanın episentri olan Vuhandan COVID-19-un ilkin mərhələlərini sənədləşdirdiyi üçün dörd il həbs cəzası alan çinli jurnalistə yenidən əlavə olaraq dörd il həbs cəzası verilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters-a Sərhədsiz Reportyorlar birliyindən məlumat verilib. Məlumata görə, 42 yaşlı Çjan Çjan "qarışıqlıq salmaq və dava-dalaş yaratmaq" ittihamı ilə məhkum edilib. Bu, onun 2020-ci ilin dekabrında həbs olunmasına səbəb olan ittihamdır. O zaman o, Vuhan şəhərindən koronavirusun ilkin yayılması barədə birbaşa məlumatlar paylaşmışdı. Çinin Xarici İşlər Nazirliyindən bazar günü şərh almaq mümkün olmayıb. Reuters jurnalistin hüquqi nümayəndəsinin olub-olmadığını müəyyən edə bilməyib. Qeyd edək ki, Çjan ilkin olaraq bir neçə ay davam edən paylaşımlarından sonra həbs edilmişdi. O, dolu xəstəxanalardan və boş küçələrdən videolar da daxil olmaqla məlumatlar yayaraq xəstəliyin rəsmi versiyadan daha ağır mənzərəsini təqdim etmişdi. O dövrdəki vəkili Ren Quanniu demişdi ki, Çjan özünü "ifadə azadlığını həyata keçirdiyi üçün təqib olunmuş" hesab edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












