Çoxmərtəbəli yaşayış binalarının altında yerləşən obyektlər bağlanılır? — AÇIQLAMA

Son günlərdə baş verən hadisə çoxmənzilli yaşayış binalarının altında yerləşən ictimai iaşə obyektləri ilə bağlı bir sıra mühüm sualları aktuallaşdırıb. Bu məsələ uzun müddətdir müzakirə olunur və baş verən faciədən sonra məsələyə ictimai və hüquqi diqqət daha da artıb. Azərbaycan Respublikasında tikinti sahəsində qüvvədə olan normativ sənədlərə əsasən, çoxmənzilli binaların altında yerləşən qeyri-yaşayış obyektlərinin fəaliyyəti xüsusi qaydalarla tənzimlənir”.
Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O deyib ki, qeyri-yaşayış obyektləri mütləq şəkildə yaşayış sahələrindən tam şəkildə ayrılmalıdır:
“Belə obyektlərdə giriş-çıxış yolları, havalandırma və yanğın təhlükəsizliyi sistemləri ayrıca olmalıdır. Bu obyektlərin fəaliyyəti binaların təxliyyə imkanlarına heç bir halda maneə yaratmamalıdır. Təəssüf ki, son hadisədə bu normaların kobud şəkildə pozulduğunun şahidi olduq. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başlanıb, ilkin olaraq bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Gözlənilir ki, istintaq orqanı məsələni hərtərəfli araşdıraraq tam hüquqi qiymət verəcək. Bu hadisə bir daha göstərdi ki, tikinti və istismar prosesində təhlükəsizlik normalarına ciddi şəkildə əməl olunması həyati vacibdir. Bu həm də ictimaiyyət üçün ciddi bir xəbərdarlıq siqnalı olmalıdır. Gələcəkdə bu sahədə fəaliyyət göstərən bütün sahibkarlar və qurumlar mövcud qanunvericiliyin tələblərini tam şəkildə nəzərə almalı və yalnız bu çərçivədə fəaliyyət göstərməlidirlər. Bu, həm vətəndaşların təhlükəsizliyi, həm də ümumi ictimai nizam və hüquqi məsuliyyət baxımından vacib məsələdir”./demokrat.az
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











