Dağ velosipedi üzrə Avropa çempionatı keçiriləcək

Dağ velosipedi idman növü üzrə 2027-ci ildə təşkil ediləcək Avropa çempionatı İsveçin Höteborq şəhərində keçiriləcək. Dağ velosipedi xüsusi avadanlıqlarla təchiz olunmuş dağ və ya hibrid yol velosipedləri vasitəsilə əsasən çətin keçilən yollarda təşkil edilən idman növüdür.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, İsveçin “Master” veloklubu tərəfindən təşkil edilən yarış beş gün davam edəcək. İdmançılar tam yeni yolda 13 çempionluq titulu uğrunda mübarizə aparacaqlar. Bu yolda test yürüşü artıq bu il baş tutacaq.
“Belə yüksəksəviyyəli çempionatın keçirilməsinin bizə həvalə edilməsi illər ərzində aparılan ağır işlərin nəticəsidir. Ümid edirik ki, idmansevərlər dünya səviyyəli yarışa tamaşa etməkdən zövq alacaqlar və bu, daha çox insana, əsasən də gənclərə velosiped sürməyin sevincini yaşamaqda ilham verəcək”, - deyə veloklubun sədri Albin Andresson söyləyib.
Qitələrarası yarışda 30-dan çox ölkədən 400-dən artıq velosipedçinin iştirak etməsi gözlənilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












