Daha bir bələdiyyə sədri zibilə görə CƏZALANDIRILDI

Saatlıda sosial şəbəkələrdə paylaşılan zibilliyə görə bələdiyyə sədri məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Avtosfer.az-a bildirib ki, Saatlı rayonunun Nəsimikənd kəndi ərazisində antisanitariya vəziyyətinin yaranması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülər Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb.
Vətəndaş məmnunluğunun təmin edilməsi və qeyd edilən məsələnin aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib və həmin ərazi məişət tullantılarından təmizlənib.
Şöbə əməkdaşları tərəfindən Saatlı rayonunun Nəsimikənd kənd bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və bir daha qeyd olunan qayda pozuntusuna yol verilməməsi barədə ciddi tapşırıqlar verilib.
Qeyd edək ki, bələdiyyə sədri barədə məişət tullantılarının qalaqlanması ilə bağlı inzibati qaydada protokol tərtib edilərək aidiyyəti üzrə dövlət qurumuna göndərilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












