Daha bir kənd içməli su ilə təmin olundu - FOTO

Naftalan şəhərinin Qasımbəyli kəndində su təchizatı yenidən qurulub və kənd əhalisi tam olaraq içməli su ilə təmin olunub.
Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bu münasibətlə Qasımbəyli kəndində mərasim təşkil olunub. Mərasimdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, İcra Hakimiyyətinin və Agentliyin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Naftalan şəhərinin Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Bu məqsədlə 40-100 mm diametrli, 8.7 km su xətti çəkilib və 140 abonentə evə birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Əlavə olaraq qeyd olunub ki, Qasımbəyli kəndinin əhalisi 438 nəfər təşkil edir ki, günlük suya olan 100 kub metr tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin etmək mümkün olacaq.
Qeyd edək ki, Naftalan şəhərinin mövcud su təchizatı Qaraçay çayında inşa edilmiş infiltrasiya tipli su mənbəyindən Goranboy şəhərinə nəql edilən magistral su kəmərinə birləşmə verilməklə təmin edilməkdədir. Şəhər daxilində 3 meydançada su anbarı kompleksi, 2 nasos stansiyası, 43.6 km su şəbəkəsi, 39.4 km kanalizasiya şəbəkəsi, məhsuldarlığı 3000 kub metr olan tullantı sutəmizləyici qurğular kompleksi istismar edilir.






Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












