Daha bir küçədə səkini parklanma etdilər - FOTO

Bakı şəhərində daha bir binanın qarşısında səki zəbt olunub.
Belə ki, Nəsimi rayonu, Eldar Tağızadə küçəsində fəaliyyətə başlayan klinikanın qarşısındakı piyada yolu parklanmaya çevrilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı şəhərində piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər zamanı aşkar edilən çatışmazlıqlardan biri də küçə parklanma yerlərinin, eləcə də yolun hərəkət hissəsinin kustar üsullarla məhdudlaşdırılmasıdır:
“Qeyd edək ki, bu, inzibati məsuliyyət yaradan haldır. Mütəmadi olaraq tərəfimizdən bu cür qanunazid əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür. Sözügedən əraziyə tərəfimizdən baxış keçiriləcək”.
Qeyd edək ki, son zamanlar inşa edilən binalar, obyektlər zamanı səkilər zəbt edilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












