Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

Artıq 33 qaziyə son nəsil protezlər verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb. Onlardan 8-i bu gün yüksək texnologiyalı protezlərlə təmin olundu.
Beləliklə, artıq 33 qazi yüksək texnologiyalı protezlə təmin edilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların rəy və təəssüratları öyrənilib. Qazilərimiz -Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib, göstərilən dəstəkdən razılıq ifadə ediblər.
Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan "Genium" sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.
Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










