"Daha çox sərnişin daşımaq niyyəti güdürlər, bu da problemlər yaradır” - Anar Rzayev

"Paytaxtda müntəzəm avtobuslarla sərnişindaşıma ilə bağlı göstəricilərə baxdıqda, görərik ki, Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2300 avtobus cəlb edilir”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev
Prezidentin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 27 avtobus daşıyıcısının yalnız 5-i ümumi avtobus parkının 58%-nə sahibdir və istismar etdikləri avtobusların orta yaş həddi hazırda 7 il təşkil edir. Digər daşıyıcıların istismarında olan avtobusların orta yaş həddi isə 12 ildir:
“İstər Bakı şəhəri, istərsə də ölkə ərazisində mövcud olan müntəzəm sərnişin daşımaları sərnişinlərdən gediş haqlarının yığılması şəklində sadə biznes modelə əsaslanıb. Belə olduğu təqdirdə, daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyətini güdürlər ki, bu da öz növbəsində hərəkət qrafiklərinə riayət olunması, avtobusların tutumundan istifadə ilə bağlı bir sıra problemlər yaradır. Bu hal daşımaların keyfiyyətini və etibarlığını çox aşağı salır. Sərnişinlər tərəfindən ödənilən gediş haqqının tənzimlənən tarif olduğunu da nəzərə alsaq, bu sadə biznes modelin gəlirli olmaması aydındır. Belə ki, istər kiçik, istərsə də böyük avtobus daşıyıcılarının təqdim etdiyi sərnişindaşıma xidmətinə görə topladıqları gediş haqları onlara nə avtobusların istismar xərclərini qarşılamağa, nə də köhnələn və sıradan çıxan avtobus parkını yeniləməyə imkan verir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












