Daşkəsəndə sel nəticəsində bağlanan yollarda hərəkət bərpa edilir - FOTO

Daşkəsən rayonu ərazisində güclü leysan yağışları və sel suları nəticəsində Çanaxçı-Zivlən avtomobil yolunun bəzi hissələrinə tökülən qaya parçaları və palçıq kütləsinin təmizlənməsi işləri yekunlaşıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, hazırda sözügedən avtomobil yolunun təqribən 5-ci km-də yerləşən metal konstruksiyalı körpünün sel suları nəticəsində yuyulmuş yanaşma yolunun bərpası istiqamətində işlərə başlanılıb.
Xatırladaq ki, Daşkəsən rayonunda təbii fəlakət nəticəsində Çanaxçı-Alaxançallı və Çanaxçı-Zivlən yollarına ziyan dəymiş, bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yoluna töküldüyündən həmin ərazilərdə nəqliyyatın hərəkəti tam dayanmışdı.
Dərhal təbii fəlakətin yaşandığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olundu.
Aparılan təzirəsalınmaz tədbirlər nəticəsində Çanaxçı-Alaxançallı avtomobil yolunda dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənərək rayon mərkəzindən Alaxançallı kəndi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olundu.



Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












