Daşqınların MƏHV ETDİYİ şəhər: Minlərlə meyit küçələrdə qalıb - VİDEO

Liviyada fəlakətli daşqından sonra dağıntıların təmizlənməsi davam edir.
Minlərlə qurbanın cəsədi hələ də Derna şəhərinin küçələrində və çimərliklərində qalıb və artıq iyi gəlməyə başlayıb.

Məlumata görə, təbii fəlakətdən ən çox zərər çəkən Liviyanın dağılmış Derna şəhərində sakinlər və xilasedicilər sahilə çıxan və ya binaların dağıntıları altında çürüyən minlərlə cəsədin öhdəsindən gəlməkdə çətinlik çəkirlər.
Ümumdünya Səhiyyə Təşkilatı və digər yardım qrupları Liviya hakimiyyətini daşqın qurbanlarının kütləvi məzarlıqlarda basdırılmasını dayandırmağa çağırıb. Mütəxəssislər deyirlər ki, bu, ailələrdə uzunmüddətli ruhi sıxıntıya səbəb ola bilər və ya belə qəbirlər suyun yaxınlığında yerləşərsə, sağlamlıq risklərinə səbəb ola bilər.

BMT-nin hesabatında hazırda 1000-dən çox insanın kütləvi məzarlıqlarda basdırıldığı bildirilir.
Cəsədlər küçələrə səpələnib, sahilə yuyulub və binaların və dağıntıların xarabalıqları altında basdırılıb. Cəmi iki saat ərzində həmkarlarımdan biri Derna yaxınlığındakı çimərlikdə 200-dən çox cəsədi sayıb", - Qırmızı Xaç menecerlərindən biri deyib.

Liviyanın qərb hökumətinin səhiyyə naziri əmindir ki, yeraltı sular artıq insan cəsədləri, heyvanlar, tullantılar və kimyəvi maddələr hesabına çirklənib. "İnsanları Dernadakı quyulardan uzaq durmağa çağırırıq", - nazir deyib.
Həkimlər də su ilə yoluxucu xəstəliklərin yayılacağından qorxurlar, lakin hələ də vəba xəstəliyi qeydə alınmayıb.

Liviyada daşqın - nə məlumdur?
"Daniel" qasırğası Liviyanın şərqinə güclü yağışlar gətirib. O qədər sel gəlib ki, iki bənd uçub.
Təbii fəlakət nəticəsində Derna şəhərinin yaşayış məntəqələrinə su axıb, çoxlu insan çarpayılarında sözün əsl mənasında həlak olub.

Beynəlxalq Miqrasiya Təşkilatının Liviyadakı missiyası 5000-dən çox insanın öldüyünü, 38640-dan çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
KİV-də isə bildirilir ki, Liviyada 11 mindən çox insan daşqınların qurbanı olub. Rəsmilər real ölənlərin sayının 20 minə çata biləcəyini deyirlər.

Son məlumatlara görə, Liviyada daşqın Derna şəhərinin dörddə birini dağıdıb.


Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO










