Davin Cəfərov dünya kartinq çempionatında 8-ci oldu

“İtaliyanın Lonato şəhərində dünya çempionatı yarışı başa çatdı".
Avtosfer.az xəbər verir ki, bunu azərbaycanlı pilot Davin Cəfərov deyib.
O, bu yarışda ilk dəfədir iştirak etdiyini söyləyib: "Həmçinin bu trekdə və BMB kateqoriyasında ilk dəfə idi iştirak edirdim. Təəssüf ki yarışdan öncə buraya gəlib praktik məşqlərə qatılmaq imkanım olmadı. Bu çox çətin çempionatda iştirak etmək üçün dünyanın hər yerindən 5 kateqoriyalar üzrə 607 iştirakçı qatılıb. Yarış çox gərgin keçdi, lakin mən bunun öhdəsindən gəldim və yarım final mərhələsinə yüksəldim. Lakin sıralamada kiçik insident və şassi problemlərimiz oldu ki, bu da məni yarışa 32-ci yerdən başlamağa məcbur etdi. 24 sürücünü ötməklə yarışı ümumilikdə 8-ci sırada bitirdim. Yaş trekdə geridən başlamaq və buna nail olmaq həqiqətən çox çətindir. Mən 15 dövrəlik (laps) yarışda 24 pilotu keçə bildim ki, bu çox qısa müddətdir və bunu etmək çətindir, ona görə də bu, özüm və komandam üçün çox böyük nailiyyətdir".
Cəfərov digər komandaların nümayəndələrinin onunla görüşdüyünü bildirib: "Digər pilotlar və komanda rəhbərləri mənimlə görüşmək və söhbət etmək üçün tentimizə yaxınlaşdılar. Beynəlxalq kartinq yarışlarında ilk dəfə bu səviyyədə iştirak edən və belə bir performans nümayiş etdirən azərbaycanlı sürücünü görəndə təəccübləndilər. İştirakçılar arasında dünya və Avropa çempionları vardı. Hava şəraiti də yarışı çox çətinləşdirirdi. Nə qədər güclü olduğumuzu göstərmək, ölkəmi təmsil etmək mənim üçün inanılmaz fəxr və təcrübə idi. Mən Azərbaycanın avtomobil idmanında dünya miqyasında necə zirvədə ola biləcəyini sübut etmək üçün əlimdən gələni edirəm və həmyerlilərimdən böyük dəstək görmək məni daha da ruhlandırır”.
Qeyd edək ki, Davin Cəfərov 24-cü Dünya Kartinq Çempionatını (World Grand Final) 8-ci pillədə başa vurub.(teleqraf.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












