Daxili Qoşunların Naxçıvandakı hərbi birləşməsində taktiki-xüsusi təlim keçirilib - FOTO

Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsində “Xüsusi şəraitlərdə xüsusi təyinatlı dəstənin hücumunu dəstəkləyən minaatan batareyasının fəaliyyəti” mövzusunda döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.
Təlimə cəlb olunmuş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonuna çıxarılıb. Cəmləşmə rayonunda minatanların nişangah qurğuları yoxlanılıb, artilleriya kəşfiyyat cihazlarına qulluq göstərildikdən sonra şəxsi heyətlə hücum mövzusunda məşğələ keçirilib və xəritə üzərində əməliyyatların planlaması aparılıb.
Təlimin növbəti mərhələsində bölmələr cəmləşmə rayonunu tərk edərək atəş mövqeyi və çıxış həddinə doğru irəliləyiblər. Ərazinin vizual kəşfi aparıldıqdan sonra minaatan batareyasının şəxsi heyəti atəş mövqelərini tutaraq minaatan qurğularını tam döyüşə hazırolma vəziyyətinə gətirib.
Təlimin ssenarisinə uyğun taktiki fəaliyyətlərin praktiki icra mərhələsində minaatan batareyası tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə atəş zərbələri endirildikdən sonra xüsusi təyinatlı dəstə basqın fəaliyyətini icra edib. Düşmənin artilleriya zərbələrinə məruz qalan minaatan batareyası yerdəyişmə edərək yeni atəş mövqelərini tutub. Ön xətt mövqeləri ələ keçirildikdən sonra növbəti hədəflər kəşf edilərək minaatan batareyasına məlumat verilib. Batareyanın atəş dəstəyi ilə xüsusi təyinatlı dəstə düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləyərək bölüyün dayaq məntəqəsini ələ keçirib.
Komandirlərin bölmələri idarəetmə bacarıqlarının və şəxsi heyətin fiziki dözümlülüyünün artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












