Daxili Qoşunların şəhid hərbi qulluqçusu Elçin Nadirovun xatirəsi anılıb - FOTO

Ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşərək şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Elçin Nadirovun anım günü keçirilib.
E.Nadirovun təhsil aldığı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən tədbirdə rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, əvvəlcə təhsil ocağının girişində quraşdırılan şəhidin xatirə lövhəsinin açılışı olub. Daha sonra çıxış edənlər Elçin Nadirovun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən, qəhrəmanlıqlarından danışıblar. Ardınca isə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elçin Nadirov Füzuli rayonunun azadlığı uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Nadirov Elçin Nadir oğlu “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO




















