Dəniz limanları tərəfindən daşınmış sərnişinlərin sayı açıqlanıb

Dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında 12,5 milyon ton yük, 7156,9 min sərnişin daşınmış, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 10,7 faiz azalma, sərnişin daşınmasında isə 19,5 faiz artım müşahidə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 6962,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artıb. Yüklərin 48,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 9861,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7852,3 min tonunu və ya 79,6 faizini tranzit yüklər təşkil edib. Qeud edilib ki, 2025-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 410,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,8 faiz azalaraq 19,3 min nəfər olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












