Deputat: “Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”

Deputatlar Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyiblər.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib ki, Azərbaycan son zamanlar beynəlxalq platformalarda çox mühüm fəaliyyət aparır.
Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb:
“Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 1960-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.
Deputat Hikmət Babaoğlu da bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib:
“Amma Fransa 44 günlük müharibədə əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır”.
Deputat Sahib Alıyev də Fransada Azərbaycan parkına qarşı addımları pisləyib:
“Bu, barbarca hərəkətdir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevən sevdiyini Parisə yox, Şuşaya aparsın”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












