Deputat ukraynalı sürücülərin cərimələnməsini tələb edib

Almaniyanın cənubunda onlar ukraynalıları yol hərəkəti cərimələrindən azad edilməsinin dayandırılması təklif olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bild" yazıb.
Belə ki, Ştutqart şəhərinin 1995-ci ildə qəbul edilmiş yerli qanununa əsasən, əcnəbi avtomobil sahibləri qanunsuz parklama və ya sürət həddini aşmağa görə cərimələrdən azaddırlar. Son vaxtlar Ukraynadan olan sürücülər arasında 2000-ə yaxın belə qayda pozuntusu qeydə alınıb.
Baden-Vürtemberq əyalətinin federal deputatı Ruben Rapp (radikal ultra-sağçı AfD Partiyasını təmsil edir - red.) təklif edib ki, sözügedən qanun ukraynalılara şamil olunmasın.
"Ukraynalı yol hərəkəti qaydalarını pozanlar, almanlar və Aİ ölkələrindən olan əcnəbilərdən fərqli olaraq, cərimələrdən azad olurlar. Mən Almaniyada yaşayan bütün ukraynalılardan nəhayət bərabər şərait yaratmaq üçün avtomobillərini qeydiyyatdan keçirmələrini tələb edirəm”, - o deyib.
Qeyd edək ki, Almaniyadakı xarici avtomobillər ölkədə 1 il qaldıqdan sonra yerli nömrələr almalıdırlar. Ukraynalılar üçün bu müddət 2024-cü ilin aprel ayına qədər uzadılıb, lakin onlardan avtomobillərini sığorta etdirmələri tələb olunub.
Modern.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












