Deputatlar evlərin sığortalanmasından danışdı

“Çox təəssüf ki, təbii fəlakətdən zərər çəkən vətəndaşların bir qisminin evləri, torpaqları sığorta olunmur”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
“Sığorta olunmadıqda problemlər yaranır, bu da dövlətin üzərinə düşür. Vətəndaşlara çağırış etmək lazımdır. Evlərinizi, mülkiyyətinizi sığortalayın ki, hansısa situasiyada daha ağır vəziyyətə düşməyəsiniz", - deyə deputat bildirib.
Komitə sədri Siyavuş Novruz da bildirib ki, sığorta məsələsi çox ciddi məsələdir: “Hətta meyvə bağlarının, mal-heyvanın və digərlərinin də sığortalanması vacibdir. Bu, böyük qiymət tələb etmir. Hər gün xəbərlərdə görürük ki, bir rayonda üç ev, digərində isə iki ev yandı. Əvvəl-axır vətəndaşlar dövlətin, bələdiyyənin üzərinə gəlir ki, bərpa işlərinə yardımçı olsun. Lakin sığorta etməklə vətəndaş öz problemini həll etmiş olur”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












